
"Qalatasaray" "Lion"un üzvünə "elçi düşdü"
"Qalatasaray" "Lion"un müdafiəçisi Eynsli Meytlend-Neylzi transfer etməkdə maraqlıdır.
Sportlife.az xəbər verir ki, 27 yaşlı ingilis də bu keçiddə maraqlı olduğunu bildirmək üçün bir neçə dəfə İstanbul klubu ilə əlaqə saxlayıb.
"Qalatasaray" İngiltərə millisinin sabiq futbolçusu üçün artıq təklif hazırlayır.
Ötən mövsüm Meytlend-Naylz bütün yarışlarda 44 matçda 1 qol vurub və 7 məhsuldar ötürmə edib.