"Traktor"un ÇL-dəki rəqibləri bəlli oldu

  • Bu gün, 17:52

Asiya Çempionlar Liqasının Elit turnirinin püşkatma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, İran çempionu və Superkubokunun qalibi olan Təbrizin “Traktor” klubu da turnirdə çıxış edəcək.

Püşkatmanın nəticələrinə əsasən, Cənubi Azərbaycan təmsilçisi Qərb zonasında evdə "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər) və "Əl-Vahda" (BƏƏ), səfərdə "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarja" (BƏƏ) və "Əl-Qarafa" (Qətər) ilə qarşılaşacaq.

Turnir sentyabrın 15-də başlayacaq.

Qeyd edək ki, "Traktor" ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub.


Paylaş: