
"Milan"da 5 illik müqavilə
“Milan”ın İsveçrənin gənclərdən ibarət millisinin müdafiəçisi Zakari Atekameni heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, “Yanq Boyz”dan transfer edilən futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
20 yaşlı futbolçunu 10 milyon avroya satan İsveçrə klubu onun növbəti satışından 10 faiz pay alacaq.
Atekame 2024-cü ilin əvvəlindən "Yanq Boyz"da çıxış edirdi. Ötən mövsüm o, 43 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.