"Fiorentina"nın hücumçusu "Milan"da
İtaliyanın "Milan" klubu "Fiorentina"dan 25 yaşlı hücumçu Rikkardo Sottili icarəyə götürüb.
Sportlife.az xəbər verir ki, forvard "rossonerilər"də 99 nömrə altında çıxış edəcək.
Bu mövsüm Rikkardo "bənövşəyilər"in heyətində bütün turnirlərdə 25 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Cinah oyunçunun "Fiorentina" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.