Fransalı müdafiəçi "Bavariya"nı tərk edəcək?
"Bavariya"nın fəxri prezidenti Uli Höness müdafiəçi Dayot Upamekanonun Münhen klubu ilə müqaviləsini uzadacağına inanır.
Sportlife.az xəbər verir ki, o, bu barədə "Sky Germany" nəşrinə açıqlamasında deyib.
Fransalı futbolçunun alman klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Real", PSJ və "Liverpul" oyunçu ilə maraqlanır.
Upamekano bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və bir qol vurub.