Hazard AVRO-2024-u burxacaq

  • 16 Aprel 2024, 13:41

"Anderlext"in futbolçusu Torqan Hazard Bundesliqada "Union"la matçda sağ dizinin çarpaz bağını qırıb.

Sportlife.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb. Bildirilib ki, 31 yaşlı oyunçu 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, o, Belçika millisi ilə Avro-2024-ü buraxacaq.

Bu mövsüm Hazard 25 oyuna çıxıb, 4 qol vurub və 6 qolun ötürməsini verib.

Hazard 2023-cü ilin sentyabrında Dortmund "Borussiya"sından "Anderlext"ə keçib.


Paylaş: