İnfantino Norveç futbolunu təriflədi
FIFA prezidenti Canni İnfantino Norveçin dünya çempionatına vəsiqə qazanmasını şərh edib.
Sportlife.az xəbər verir ki, funksioner bunu ölkə üçün qürur mənbəyi adlandırıb:
"İllərdir davam edən zəhmət və fədakarlıqdan sonra yenidən mundial səhnəsinə qayıtdınız. Oyunçularınız və azarkeşləriniz 2026-cı ildə Şimali Amerikaya enerji, qürur və yeni nəsil Skandinaviya istedadlarını gətirəcəklər. Bu, Norveç futbolu üçün qürurverici bir andır. Bundan həzz alın və izinizi qoymağa hazır olun. Turnirdə Norveç bayrağının dalğalanmasını səbirsizliklə gözləyirik".