
İspaniyanın köklü klubu üçün müştəri
PSJ-nin əsas səhmdarı "Qatar Sports Investments" "Malaqa" klubunu almağa yaxındır .
Sportlife.az xəbər verir ki, şirkət İspaniyanın 2030-cu il dünya çempionatına ev sahibliyi etməsi fonunda bu planı reallaşdıra bilər.
Daha əvvəl də "Malaqa" Qətər investorlarının nəzarəti altında olub.
Qeyd edək ki, "Malaqa" hazırda İspaniya Sequndasının turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.