Jirudan azarkeşlərə çağırış

  • 15 Aprel 2024, 22:52

"Milan"ın yarımmüdafiəçisi Olivye Jiru İtaliya çempionatının 32-ci turunun "Sassuolo" ilə səfər oyununu (3:3) şərh edib.

Sportlife.az xəbər verir ki,  o, sosial şəbəkədə “Biz təslim olmadıq və qalib gəlmək istədik. Amma indi biz ancaq cümə axşamını düşünürük. Bizə inanın” yazıb.

Qonaqların heyətində Rafael Leau, Luka Yoviç və Noa Okafor fərqlənib, onların 84-cü dəqiqədə vurduğu qol sayəsində “qırmızı-qaralar” məğlubiyyətdən xilas olublar. Samuel Chukvuezenin bu görüşdə vurduğu iki qol oyundankənar vəziyyətə görə qeydə alınmayıb.

"Milan" 69 xalla La Liqa cədvəlində 2-ci yerdədir. "Sassuolo"nun 26 xalı var və 19-cu pillədə qərarlaşıb.

Cümə axşamı komanda Avropa Liqasının 1/4 finalında "Roma" ilə cavab oyununa çıxacaq. İlk görüş romalıların xeyrinə başa çatıb - 1:0.


Paylaş: