Kan Naqelsmannın gedişini xatırladı

  • 17 Aprel 2024, 16:44

"Bavariya"nın sabiq baş direktoru Oliver Kan Yulian Naqelsmannın baş məşqçi postundan qovulmasını xatırladıb.

Sportlife.az xəbər verir ki, məhz onun gedişindən sonra boş qalan posta Tomas Tuxel gəlib.

“Həmin mövsüm "Bayern" hər üç kuboku qazana bilmədi, lakin Bundesliqa çempionluğunu qazana bildi. Tez-tez dediyim kimi, Naqelsmannın işdən çıxarılması qərarı düzgün deyildi. Sonra heç nə yaxşı getmədi və mən bu günə kimi eyni fikirdəyəm”, - "SportBild" Kandan sitat gətirib.

Qeyd edək ki, Münhen təmsilçisinin hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda klubu tərk edəcək. Onun yerinə Nagelsmann gələcək.

“Bavariya” 29 oyundan 63 xalla Almaniya çempionatının turnir cədvəlində ikincidir.


Paylaş: