
Koşta ingilislərin "radar"ında
"Portu"nun qapıçısı Dioqu Koşta İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportlife.az xəbər verir ki, "Mançester Siti" Edersonun yerinə 25 yaşlı portuqaliyalını transfer etməkdə maraqlıdır. Klub hətta 58 milyon avro ödəməyə də hazırdır.
Qapıçı ilə Andre Onanaya əvəzləyici axtaran “Mançester Yunayted” də maraqlanır.
Hazırda Koştanın "Portu" ilə 2027-ci ilə qədər müqaviləsi var. Müqaviləyə 75 milyon avroluq satınalma maddəsi daxildir.