Mbappenin PSJ üçün əhəmiyyəti itib

  • 12 Fevral 2024, 20:11

PSJ-nin hücumçusu Kilian Mbappe "Real Madrid"ə keçmək üçün danışıqları davam etdirir.

Sportlife.az "Marca"ya istinadla xəbər verir ki, hazırkı vəziyyət Mbappenin ilk dəfə "Real Madrid"ə keçə biləcəyi 2022-ci ildə mövcud olandan fərqlidir. İndi PSJ rəhbərliyi 25 yaşlı fransızı daha strateji əhəmiyyətli oyunçu hesab etmir.

Tərəflər hazırda Mbappeyə imza bonusu və imic hüquqları üçün pulun necə ödəniləcəyi ilə bağlı danışıqlar aparır. Madriddə Mbappenin hazırda PSJ-də qazandığının yarısını qazanacağı gözlənilir.


Paylaş: