
Messinin komandasında daha bir argentinalı
"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo de Paul "İnter Mayami"yə keçməyə razılıq verib.
Sportlife.az xəbər verir ki, MLS təmsilçisi Madrid klubu ilə danışıqlarda irəliləyiş əldə edib. Tərəflər razılığa yaxındırlar.
Argentinalı futbolçu ötən mövsüm 53 matçda 3 qol vurub və 10 məhsuldar ötürmə edib.