Tramp finalı izləyəcək

  • Bu gün, 12:33

ABŞ prezidenti Donald Tramp klublararası dünya çempionatının final oyununda iştirak edəcək.

Sportlife.az xəbər verir ki, o, həlledici qarşılaşmanı "MetLayf" stadionunda canlı izləyəcək.

Turnirin həlledici görüşü iyulun 13-də Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda keçiriləcək. Artıq finalın ilk iştirakçısı bəllidir. Yarımfinalda Braziliyanın "Fluminense" klubuna 2 cavabsız qolla qalib gələn İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmaya vəsiqə qazanıb.

London təmsilçisinin finaldakı rəqibi bu gün keçiriləcək PSJ (Fransa) - "Real Madrid" (İspaniya) matçının qalibi olacaq.


Paylaş: