
"Zirə" Türkiyə klubuna qarşı
Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını bu gün keçirəcək.
Sportlife.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə qarşılşacaq.
Fanatik Tur Meydançalarında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.
Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.