Kyellini MLS klubunda pay sahibi oldu

  • Bu gün, 13:31

"Los-Anceles" öz rəsmi saytında İtaliya millisinin sabiq müdafiəçisi Corcio Kyellininin klubun sahiblik qrupuna qoşulduğunu açıqlayıb.

Sportlife.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu bu qrupa qoşulmağın böyük şərəf olduğunu bildirib:

"Üç il əvvəl bir oyunçu kimi buraya gələndə dərhal hiss etdim ki, bu klubda xüsusi bir şey var. Özünüzü həqiqətən evinizdəki kimi hiss edirsiz. Burada olmaqdan qürur duyuram".


Paylaş: