
Millinin baş məşqçisi "Zidan" dedi
Fransa millisinin baş məşqçisi Didye Deşam yığmada öz yerinə namizəd kimi Zinəddin Zidanı göstərib.
Sportlife.az xəbər verir ki, o, həmyerlisinin əla mütəxəssis olduğunu bildirib:
“Bizim bir-birimizə böyük hörmətimiz var. Zizu əla, həm də gözlənilən namizəddir. Amma onun bunu istəyib-istəmədiyini bilmirəm”.
Qeyd edək ki, Deşam DÇ-2026-dan sonra Fransa millisini tərk edəcək.