
"Bavariya"nın hücumçusu Tomas Müller futbolçu karyerasını bitirmək barədə iddiaları cavablandırıb
Sportlife.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə məlumat yayıb:
“2024-cü ildən sonra mütləq daha bir il oynamaq istəyirəm. Mən hələ də meydanda olmaqdan həzz alıram və ümid edirəm ki, bu nəzərə çarpacaq”.
Hücumçunun hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.
2023/2024 mövsümündə Tomas Müller 14 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.