"Napoli"nin ilk hədəfi

  • Bu gün, 10:32

"Napoli" yay transfer pəncərəsində "Bolonya"nın vingeri Rikkardo Orsolinini transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, Neapol təmsilçisinin idman direktoru Covanni Manna artıq mümkün transferlə bağlı futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

Qeyd edək ki, Rikkardo bu mövsüm A Seriyasında 26 matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: