Paytaxt klubunu Yansen çalışdıra bilər

  • 15 Aprel 2024, 15:17

“Spartak”ın yeni baş məşqçisi postuna əsas namizəd niderlandlı Paskal Yansendir.

Sportlife.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə yazıb.  

"Paskal Yansen Moskva "Spartak"ının yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir" - deyə Romano qeyd edib.

Qeyd edək ki, 35 yaşlı ispaniyalı Gilyermo Abaskal aprelin 14-də Moskva komandasını tərk edib. O, 2022-ci ilin yayından “qırmızı-ağlar”a başçılıq edirdi.


Paylaş: