Pedri: "Barselona" mənə verdiyi sözə əməl edəcək"

  • 15 Aprel 2024, 18:13

"Barselona"nın yarımmüdafiəçisi Pedri Kataloniya klubu ilə müqavilənin uzadılması ilə əlaqədar sualları cavablandırıb.

Sportlife.az xəbər verir ki, futbolçu insayder Fabrizio Romanoya açıqlamasında "Mən çox sakitəm. Bilirəm ki, "Barselona" müqavilə ilə bağlı mənə verdiyi sözə əməl edəcək. "Barsa" həmişə mənim arzuladığım klub olub" deyib.

21 yaşlı ispaniyalının klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu mövsüm Pedri "Barselona"nın heyətində 26 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: