"Portu"nun futbolçusu Türkiyə millisində çıxış edəcək?
"Portu"da çıxış edən Deniz Gül Türkiyə millisində çıxış edə bilər.
Sportlife.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə danışıqlar aparır.
20 yaşlı Deniz İsveçdə doğulub. Onun atası türkiyəli, anası isə isveçlidir.
Gənc forvard bu ilin yayında "Portu"ya transfer olub. O, meydanda olduğu iki qarşılaşmada eyni sayda qol vurmağı bacarıb.