Portuqaliyalı mütəxəssis dekabrın ən yaxşısı seçilib

  • 10 Yanvar 2025, 17:16

Premyer Liqada dekabrın ən yaxşı məşqçisi bəlli olub.

Sportlife.az xəbər verir ki, "Nottingem Forest"i çalışdıran Nunu Eşpiritu Santu ötən ayın ən yaxşısı seçilib. Onun komandası dekabr ayında yalnız "Mançester Siti"yə məğlub olub. Digər beş matçda isə qələbə qazanıb.

"Nottingem Forest" hazırda Premyer Liqada 40 xalla 3-cü yerdədir. Komanda ardıcıl 6 oyundur 3 xal qazanmağı bacarır.


Paylaş: