"Qalatasaray" sabiq futbolçusu "Fənərbağça"da

  • Dünən, 13:06

"Benfika"nın cinah oyunçusu Kerem Aktürkoğlu "Fənərbağça"ya keçməyə yaxındır.

Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə müqavilənin imzalanması son mərhələdədir. Müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Aktürkoğlu "Benfika"ya 2024-cü ilin yayında "Qalatasaray"dan keçib. O, ötən mövsüm 59 oyun keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.


Paylaş: