Gattuzo: Burada bezi seyleri deyisdirmeliyem

Qattuzo: Burada bəzi şeyləri dəyişdirməliyəm

  • 2 Dekabr 2017, 23:46

"Milan" sabah yeni baş məşqçisi Cennaro Qattuzonun rəhbərliyində A Seriyasında ilk matçını "Benevento"ya qarşı keçirəcək. Sportlife.az xəbər verir ki, arxada qalan 14 turdan sonra hələ ki, bir xal belə qazana bilməmiş autsayderlə duel ilk baxışdan asan görünsə də Qattuzo heç də belə düşünmür.
 
İlk oyunun önəminə diqqət çəkən gənc mütəxəssis, bunun, onun üçün Çempionlar Liqası finalına bərabər olduğunu deyib:
 
"Savaş kimi bir matç olacaq. "Benevento"nun 0 xalı olduğunu bilirəm. Ancaq çox təhlükəli bir komandadı. Bunu Çempionlar Liqası finalı kimi düşünməliyik. Bizim üçün o qədər vacib bir matçdı. Keçmiş keçmişdə qaldı. Montelladan çox fərqli düşüncə tərzim var. Sir deyil ki, futbolçularım heç də yaxşı məşq etməyib. Buarada bəzi şeyləri dəyişdirməliyəm".
 
Qeyd edək ki, "Benevento" ilə qarşılaşmanın heyətinə "Milan"ın türk ulduzu Hakan Çalhanoğlu daxil edilməyib.

Paylaş: