
“Real Sosyedad” “Osasuna”ya qalib gələ bilmədi
İspaniya çempionatının 15-ci turunda "Real Sosyedad" "Osasuna"nın qonağı olub.
Sportlife.az xəbər verir ki, "Real Sosyedad" 90 dəqiqə boyunca topa tam nəzarət etdi, lakin bu, qələbə qazana bilmədi.
2-ci dəqiqədə "Osasuna" hesabda önə keçsə də, qonaqlar 46-cı dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, 16-cı dəqiqədə Arsen Zaxaryan oyuna daxil olsa da, 88-ci dəqiqədə meydanı tərk edib.