
"Real"ın təyyarəsində həyəcanlı anlar
"Real"ın futbolçularının olduğu təyyarə Nyu-York hava limanına uğurla eniş edib.
Sportlife.az xəbər verir ki, təyyarə fırtına səbəbindən səmada dövrə vurub və təyinat yerinə iki saat gec çatıb.
Qeyd edək ki, "Real" bu gün klublararası dünya çempionatının yarımfinal oyununda PSJ ilə qarşılaşacaq. Bu cütün qalibi finalda "Çelsi"yə rəqib olacaq.