Ronaldinyonun əmlakı müsadirə olunur

  • 21 Noyabr 2023, 19:00

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo borclarına görə əmlakının bir hissəsini itirə bilər.

Sportlife.az “Mail Sport”a istinadla xəbər verir ki, məşhur futbolçunun Braziliya vergi orqanlarına müəyyən məbləğdə borcu var. Bildirilir ki, borcunu ödəmək üçün 43 yaşlı Ronaldinyonun 2 böyük daşınmaz əmlakı əlindən alına bilər.

Xatırladaq ki, braziliyalı futbolçu karyerası ərzində Avropanın aparıcı klublarında, “Barselona” və “Milan”da çıxış etməyi bacarıb.

Qeyd edək ki, Ronaldinyo 2005-ci ildə qazandığı "Qızıl top"un sahibidir.


Paylaş: