Ronaldo: "Heç bir pul müqabilində soyadımı Messi qoymayacağam"

  • 3 Aprel 2024, 17:58

"Rostov"un yarımmüdafiəçisi Ronaldo soyadını Messi qoyması ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, futbolçu "RB Sport"a “Hazırkı soyadımı Messi olaraq dəyişdirim? Yox! Mən bunu dünyada heç bir pul üçün etməyəcəyəm. 10 milyon avroya? Yox! Mən Ronaldoyam” deyə açıqlama verib.

23 yaşlı Ronaldo 2024-cü il yanvarın 10-da Rostov klubuna keçib. "Sarı-göylər"in heyətində braziliyalı 5 oyun keçirib və 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin rostovlularla müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.


Paylaş: