"Şaxtyor" "Şalke"yə 1,5 milyon xeyir verib

  • Dünən, 18:19

Artıq 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi üzündən “Şaxtyor” bu mövsüm Çempionlar Liqasında ev oyunlarını Almaniyanın Gelzenkirxen şəhərində keçirməyə məcbur olub.

Sportlife.az xəbər verir ki, Ukrayna çempionu "Arena AufSchalke"ni 4 oyunluq icarəyə götürüb.

Ran.de portalının məlumatına görə, "Şalke" bu işdən təxminən 1,5 milyon avro məbləğində gəlir əldə edib.

Qeyd edək ki, ötən ilin avqustunda mətbuatda “Şaxtyor”un stadionun icarəsinə görə “Şalke”yə 2 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı. Amma o vaxt söhbət sadəcə Ukrayna tərəfindən ödənişin ümumi məbləğindən gedirdisə, indi konkret olaraq Almaniya klubunun gəlirindən gedir.


Paylaş: