"Siti" De Brüyneyə əvəzləyici tapıb

  • 15 Aprel 2024, 15:55

"Mançester Siti" rəhbərliyi klubun yarımmüdafiəçisi Kevin De Bruynenin mümkün əvələyicisi barədə qərar qəbul edib.

Sportlife.az "Fichajes"ə istinadla xəbər verir ki, "Şəhərlilər" yayda "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeşi transfer etməyi planlaşdırır. Keçid təxminən 100 milyon funt-sterlinq dəyərində ola bilər. PSJ də 26 yaşlı braziliyalı üçün yarışır.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının De Brüyneni almaqda maraqlı olduğu bildirilirdi.


Paylaş: