“Arsenal”ın müdafiəçisi sıradan çıxıb

  • Bu gün, 11:19

"Arsenal” müdafiəçisi Ben Uayt APL-in 16-cı turunda “Vulverhempton”a qarşı oyunun 1-ci hissəsində (0:0, fasilə) zədələndiyi üçün əvəzlənib.

Sportlife.az xəbər verir ki, ingilis futbolçunun Hvan Hi Çhanla mübarizə zamanı əzələsi dartılıb. Onun yerinə Mayls Lyuis-Skelli meydana çıxıb.

Bu, Uayt üçün cari mövsümdə ikinci zədəsidir. Daha əvvəl o, zədə səbəbindən təxminən bir ay oyunlardan kənar qalmışdı.


Paylaş: