Kaxaber Tsxadadze: ”Bu gün pis oynadıq”

  • Dünən, 16:24

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 15-ci turunun "Kəpəz"lə oyunundan sonra mətbuat konfransında iştirak edib. 

Sportlife.az xəbər verir ki, gürcü mütəxəssis görüş haqda bunları deyib:

"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? "Kəpəz"in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün  pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq".

- "Qəbələ"nin hədəfləri nədir?

- Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim həddəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiz.

- Sanqare "Zirə" ilə matçda penaltini vura bilmədi, bu gün qırmızı vərəqə aldı. Onunla bağlı fikirləriniz necədir?

- Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır.

- Sizə elə gəlmir ki, Səlahət Ağayev rəqabətsizlikdən əziyyət çəkir?

- Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq.

- "Qəbələ"nin stadionunun ot örtüyü ölkədə ən yaxşılardandır. Sizcə, Yevlax şəhər stadionu Premyer Liqa səviyyəsindədir?

- Özünüz gördüz ki, top itkiləri çox olurdu. Sadəcə öyrəşmək lazımdır. Amma burada futbol oynamaq olar. Şamaxı stadionunda ümumiyyətlə top getmir. Ora baxanda, Yevlax şəhər stadiomnunun durumu yaxşıdır.

- Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?

- Bu, daxili məsələdir. Hansı mövqelərə oyunçu cəlb etmək lazım olduğunu bilirik. Bunun üzərində çalışırıq.

- Hazırkı dövrə sizin üçün məşqşçi kimi ən ağır dönəmin olduğunu demək olar?

- Bəli, demək olar. Sona qədər mübarizə aparmalıyıq. Bəzi futbolçular iki qələbədən sonra bu matça köklənə bilməmişdilər.


Paylaş: