Belarus millisində yeni təyinat

  • Dünən, 14:26

Viktor Qonçarenko Belarus milli komandasının yeni baş məşqçisi olacaq. 

Sportlife.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin Belarus Futbol Federasiyası ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırdığı bildirilir. Məlumata görə, Qonçarenkonun aylıq maaşı 20 min avro olacaq. Müqavilənin 20 dekabrdan sonra rəsmi şəkildə imzalanması gözlənilir.

Xatırladaq ki, dekabrın 4-də Belarus millisinin baş məşqçisi vəzifəsini ispan mütəxəssis Karlos Aos tərk edib. O, 2023-cü ilin avqustundan etibarən komandaya rəhbərlik edib və bu müddətdə milli komanda 26 oyun keçirib: 6 qələbə, 10 heç-heçə və 10 məğlubiyyət.

Viktor Qonçarenkonun son iş yeri Rusiyanın “Pari NN” klubu olub. Belaruslu mütəxəssis Nijni Novqorod təmsilçisini 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər çalışdırıb.


Paylaş: