“Real” fransalı ilə anlaşıb
"Bayern"in mərkəz müdafiəçisi Dayo Upamekano karyerasını Madrid “Real”ında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, “kral klubu” fransalı futbolçu ilə müqavilə şərtləri üzrə şifahi razılığa gəlib. Madrid təmsilçisi oyunçu tərəfinə onun bütün tələblərini qəbul etməyə hazır olduğunu bildirib.
27 yaşlı müdafiəçinin “Bayern” ilə müqaviləsi gələn ilin yayında başa çatır və o, azad agent statusu qazana bilər. Buna baxmayaraq, Münhen klubu futbolçunu komandada saxlamaq üçün müqaviləni uzatmağa çalışır.
Upamekano cari mövsümdə “Bayern"in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub.