“Hələ qərarımı verməmişəm”
"Əl-Əhli”"nin futbolçusu Frank Kesye Səudiyyə Ərəbistanından ayrılmaq istəyir.
Sportlife.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçiyə İspaniya və Türkiyə klublarından təkliflər alıb.
O, bu barədə “Mundo Deportivo”ya açıqlamasında deyib: “Türkiyə və İspaniya klublarından təkliflər almışam. Hələ ki, tam qərarımı verməmişəm. Yəqin ki, mövsümün sonuna yaxın nəsə olacaq. İndidən bir söz deyə bilmərəm. Türkiyəyə yollanmaq ehtimalımın daha yüksək olduğunu deyə bilərəm".
Kesyenin “Əl-Əhli” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Fil dişi sahili millisinin üzvü “Atalanta”, “Çezena”, “Milan”, “Barselona” klublarında oynadıqdan sonra 2023-cü ildə “Əl-Əhli”yə keçmişdi.