Ayxan Abbasov: “Fürsətləri dəyərləndirə bilmədik“

  • Dünən, 17:25

"Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”ın qonağı olub.

Sportlife.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çətin səfər idi, yaxşı komandaya qarşı oynayırdıq. Son oyunlarda qələbələr qazanırdılar. Biz də yaxşı hazırlaşmışdıq. Əfsuslar olsun ki, fürsətləri dəyərləndirə bilmədik. Amma mühüm xal qazandıq. Hər xal bizim üçün vacibdir. Gələcəyə baxacağıq.

Sözün açığı, bu gün bir hücumçumuz var idi. Abdullahi Şuaybudur, onu da Edqarla dəyişdik. O da hücumçudur. Sistemi dəyişdik, nəsə etmək istəyirdik. Olanımız budur. Bu gün sistem sırf rəqibə görə idi. Yaxşı hücumçuları var. Bilirdik ki, təzyiq edəcəklər.

Ötən mövsüm “Sabah”la matçlarımız maraqlı keçmişdi. Bu mövsüm uduzmuşduq. Məşqçiləri dəyişib. “Sabah” yaxşıdır, məncə, bu il daha rəngarəng oynayırlar”.

“Şamaxı” növbəti turda “Sumqayıt”ı qəbul edəcək.


Paylaş: