“Real” argentinalını geri qaytarmaq istəyir

  • Dünən, 13:34

"Komо”nun yarımmüdafiəçisi Nikolas Pas hələ də “Real”ın diqqət mərkəzindədir.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu yayda 8 milyon avroluq geri alma şərtindən istifadə etməsə də, Pası yenidən transfer etmək şansı hələ də qalır.

“Real” argentinalı yarımmüdafiəçini 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya geri qaytara bilər. “Komо” onu başqa kluba satmaq qərarı verərsə, əldə olunan məbləğin 50 faizi “Real”a çatacaq.

21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: