Balde zədələnib?
"Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde “Atletik”lə oyunun (4:0) ilk hissəsindən sonra əvəzlənib.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun əvəzlənməsinin sadəcə ehtiyat tədbiri olduğu bildirilir. Müdafiəçi ciddi zədədən xilas olub və çərşənbə axşamı Londonda “Çelsi” ilə keçiriləcək Çempionlar Liqası matçında iştirak edə biləcək.
Balde bu mövsüm Hans-Diter Flikin komandasında bütün yarışlarda 12 oyunda 2 məhsuldar ötürmə edib.