Kaşkilya: “Biz “Neftçi”nin taktikalarını bilirdik”
"İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya Azərbaycan Premyer Liqasında 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, 3:2 hesablı qələbəni belə şərh edib:
“Oyunçularımızı təbrik etmək istəyirəm. Gözəl qalibiyyətdir.
“Neftçi”nin böyük rəqib olduğunu bilirdik. Onların oyununa qarşı öz oyunumuzu qoya bildik. Biz “Neftçi”nin taktikalarını bilirdik. Oyunumuz çətin başladı. Lakin oyunu tarazlaya bildik. Komanda güclü tərəfini, psixoloji hazırlığını göstərdi. Xarakterimizi göstərərək qazana bildik.
“Neftçi”ni də gözəl oyununa görə təbrik edirəm.
“İmişli” üçün hər oyun xal qazanmaq əsasdır, 3 xal isə möhtəşəmdir.
Bizim komanda yeni qurulmuşdur, buna görə də qış transfer pəncərəsi haqda düşünmürük. Biz “Qarabağ”, “Sabah” kimi bahalı futbolçular ala bilmirik. Biz heç Avropa Liqası və ya ilk 4-lükdə olmaq haqda da düşünmürük. Bizim işimiz bu komandayladır. Bizim əsas məqsədimiz hər oyuna qalibiyyətlə çıxmaqdır, qalib gəlməkdir”.