Mübariz Orucov: “Vəziyyətimiz ürəkaçan deyil”

  • Dünən, 20:28

"Neftçi”nin köməkçi məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Sportlife.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyəti belə şərh edib:

“İndiki vəziyyətimiz ürəkaçan deyil. Oyun baxımıdan fərq var, düzdür. Heyət yenidir, hələ tam formalaşmayıb. Futbolçuların bir-birinə uyğunlaşma prosesi gedir.

“İmişli” güclü rəqiblərə qarşı motivasiyalı, istəklə oynayan komandadır. Bu istək də onlara qələbə qazanmağa kömək etdi.

Biz həm çempionata, həm də kuboka köklənmişik. Lakin çempionatda çətinliklərimiz var, demək olar ki, boşa vermişik. Lakin mən şəxsən inanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”.


Paylaş: