Bir dəqiqədə 5 qırmızı vərəqə

  • 27 Mart 2025, 15:18

Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda baş verənlərə hüquqi qiymət verilib.

Sportlife.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.

Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.


Paylaş: