Bölgə klubu ilk transferini açıqlamağa hazırlaşır

  • 4 İyun 2024, 15:01

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Şamaxı" transfer çalışmalarını davam etdirir.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi təcrübəli qolkiper Kamal Bayramovla anlaşmaq üzrədir. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar böyük ehtimalla müsbət yekunlaşacaq.

Bayramov ötən mövsümü "Turan Tovuz"da keçirib. O, bir müddət öncə Tovuz klubundan ayrıldığını açıqlayıb.


Paylaş: