Cəlal Hüseynov liderə qarşı 90 dəqiqə oynadı

  • 16 Aprel 2024, 12:28

Futbol üzrə Bolqarıstan çempionatında 29-cu turun oyunları davam edir.

Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə lider "Ludoqorets"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

29 turdan sonra 39 xal toplayan "Arda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Paylaş: