
Firmino heyətdən kənarlaşdırıldı
"Əl-Əhli" hücumçusu Roberto Firminonu Səudiyyə Ərəbistanı Pro Liqası üçün heyətdən kənarlaşdırıb.
"Sportlife.az" xəbər verir ki, hücumçu Venderson Qaleno ilə müqavilə imzaladıqdan sonra Firmino ölkə çempionatında oynamaq imkanını itirsə də, Asiya Çempionlar Liqasında iştirak ərizəsində qalır.
Daha əvvəl komandanın baş məşqçisi Matias Yaisslenin futbolçu ilə yola getmədiyi haqda xəbərlər yayılmışdı. Klub qış transfer dönəmində Firminonu satmaq niyyətindədir.
33 yaşlı futbolçu 2023-cü ilin yayında "Əl-Əhli"yə keçib. Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Braziliyalı hücumçu bu mövsüm 23 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.