
İtaliyalı futbolçu Ərəbistana getməkdən imtina edib
"Atalanta"nın hücumçusu Mateo Reteqi Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd etdi.
Sportlife.az xəbər verir ki, italiyalı forvard illik 15-20 milyon avro maaş müqabilində komandasını dəyişməyə razı olmayıb.
25 yaşlı futbolçu bu mövsüm vurduğu 20 qolla hazırda Seria A-nın ən yaxşı bombardiridir. Reteqi ilə İngiltərə klubları da maraqlanırlar.