"Liverpul" sabiq MY-li ilə maraqlanır

  • 17 Sentyabr 2024, 13:41

"Liverpul" "Lill"in ingilis futbolçusu Eyncel Qomesi yaxından təqib edir.

Sportlife.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Mersisayd klubunun skautları 24 yaşlı futbolçu İngiltərə - Finlandiya görüşündə stadiondan izləyib.

"Mançester Yunayted"in yetirməsi olan Qomes 2020-ci ildən "Lill"in üzvüdür. 

Transfermarkt portalına görə onun dəyəri 25 milyon avrodur.


Paylaş: