Millimiz bu gün Qazaxıstanla üz-üzə gələcək

  • 11 İyun 2024, 10:05

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla üz-üzə gələcək.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Görüşü macar Bens Çonka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.


Paylaş: