Mirançuk “Torino”ya qayıtmaq istəyir

  • 22 Avqust 2023, 17:33

"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk baş məşqçi Can Pyero Qasperininin planlarına daxil deyil.

Sportlife.az xəbər verir ki, rusiyalı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Torino”ya qayıtmaq istəyir.
O, bu mövsüm heç bir oyunda “Atalanta”nın formasını geyinməyib.

27 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında “Torino”nun heyətində 4 qol vurub, 5 məhsuldar ötürmə edib.


Paylaş: