MY-in sabiq forvardı Yunanıstan klubuna keçir

  • 17 Sentyabr 2024, 11:17

Azad agent olan Antoni Marsialın yeni klubu bəlli olur.

Sportlife.az insayder Matteo Morettoya istinadən xəbər verir ki, fransalı futbolçu AEK-lə razılığa gəlib. Keçidin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Marsial 2015-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. "Qırmızı şeytanlar" 29 yaşlı forvardın bu yay başa çatan müqaviləsini uzatmamışdı.


Paylaş: